Şərurun bəzi kəndlərində sabah qaz olmayacaq

16 Aprel 2025 16:40 (UTC+04:00)

Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.

159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.