Bakıda marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb

16 Aprel 2025 16:59 (UTC+04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəniz kənarında qəzaya uğrayan avtobusla bağlı məlumat yayıb.

Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, aprelin 16-da səhər saatlarında "BMH" MMC-nin müvəqqəti istismarında olan 164 nömrəli marşrut avtobusu güclü külək səbəbindən yoldan çıxaraq çökəkliyə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.