Latviya Seymi ölkənin piyada əleyhinə minaların istifadəsini və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxması haqqında qanunu yekun oxunuşda təsdiqləyib.
Bu barədə Delfi portalı məlumat yayıb .
“66 deputat [konvensiyadan] çıxmağın lehinə, 14 parlamentari əleyhinə səs verib, iki deputat – Edqars Zeldaris və Yuris Yakovins isə bitərəf qalıb”, - nəşr yazır.
Delfi xəbər verir ki, Ottava Konvensiyasından çıxmaq Müdafiə Nazirliyinin təşəbbüsü ilə Estoniya, Litva və Polşa ilə razılaşdırılıb. Qanun layihəsini Latviya Xarici İşlər Nazirliyi hazırlayıb, hökumət onu dəstəkləyib, lakin yekun qərar Seymdə qalıb.
Mövsüm
Aznews.az