ABŞ Prezidenti Donald Tramp aprelin 16-da keçmiş dövlət başçısı Co Baydeni kəskin şəkildə tənqid edərək, onu ölkə tarixində “ən pis lider” adlandırıb.
“Yuxulu Co Bayden — ABŞ tarixindəki ən pis prezident — milyonlarla cinayətkarın, onların arasında qatillərin, narkotik alverçilərinin və dünyanın müxtəlif yerlərindən həbsxanalardan və psixiatrik xəstəxanalardan azad edilən insanların ölkəmizə daxil olmasına imkan verib. Bütün bunlar çox təhlükəli və pis planlaşdırılmış açıq sərhəd vasitəsilə baş verib”, – Tramp TruthSocial sosial şəbəkəsində yazıb.
O, əlavə edib ki, onun əsas missiyası bu “qatilləri və manyakları” ABŞ-dən çıxarmaqdır.
Mövsüm
Aznews.az