Suriya DİN dövlət çevrilişinin qarşısının alındığını açıqlayıb

16 Aprel 2025 18:56 (UTC+04:00)

Suriya hökuməti Suriya ordusunun keçmiş zabitlərindən ibarət qrup tərəfindən planlaşdırılan dövlət çevrilişinin qarşısını alıb.

Bu barədə ölkənin daxili işlər naziri Ənəs Xəttab məlumat verib.

Onun sözləri Suriya Daxili İşlər Nazirliyinin Facebook səhifəsində qeyd edilib.

“Təhlükəsizlik orqanlarımızın və bütün xalqımızın səyi nəticəsində sui-qəsdçilərin planlarına son qoyuldu, çevrilişə cəhd artıq keçmişdə qaldı”, - deyə bildirilib.

Nazir digər idarələrlə koordinasiya yolu ilə cinayətkarların tutulması üçün xüsusi idarənin yaradılmasını da açıqlayıb. O, respublika sakinlərinə onların təhlükəsizliyinə bundan sonra da ciddi nəzarət edəcəyinə söz verib.

Mövsüm

Aznews.az