Azərbaycan və Çin arasında müzakirələr nəticəsində İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb.
Aznews.az xəbər verir ki, bu barədə qərar Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında qəbul edilib.
Bildirilib ki, bu qurum investisiya sahəsindəki məsələlərin daim diqqətdə saxlanılması üçün mühüm platforma olacaq.