İsrail mətbuatı: ABŞ Suriyadan çəkilir

16 Aprel 2025 20:03 (UTC+04:00)

İsrail mediası iddia edib ki, Vaşinqton administrasiyası Tel-Əviv administrasiyasına 2 ay ərzində qoşunları mərhələli şəkildə Suriyadan çıxarmağa başlayacağı barədə məlumat verib .

İsrailin "Yedioth Ahronoth" qəzeti İsrailin ABŞ-nin Suriyadan hərbi aktivlərini çıxarmasının qarşısını almağa çalışdığını yazıb .

Bildirilib ki, Tel-Əviv administrasiyası “Türkiyənin yeni Suriyada daha çox strateji aktivləri ələ keçirəcəyindən qorxaraq” bu addımı əngəlləməyə çalışıb.

Xəbərdə ABŞ prezidenti Donald Trampın daha əvvəl Suriyadan qoşunları çıxarmaq niyyətini açıqladığı xatırladılıb və uzun müddətdir geri çəkilmə planları üzərində işləyən və onları həyata keçirməyə hazırlaşan Pentaqonun bu barədə israilliləri məlumatlandırdığı iddia edilib.

Mövsüm

Aznews.az