Zaxarova: Rusiya Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırdır

17 Aprel 2025 16:35 (UTC+04:00)

Rusiya Gürcüstanla diplomatik münasibətləri bərpa etməyə hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Diplomatik münasibətlərə gəlincə, biz onları bərpa etməyə hazırıq, gürcü tərəfi getməyə hazır olan yerə qədər getməyə hazırıq: “Burada bizim üçün heç bir məhdudiyyət yoxdur”, o, brifinqdə deyib.

Diplomat qeyd edib ki, Moskva bir çox sahələrdə Tbilisi üçün mühüm bazar olmaqda davam edir. Rusiya Federasiyası Gürcüstan üçün enerji resursları və taxılla təchizatında da aparıcı mövqe tutur.

Mövsüm

Aznews.az