Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-18-də Moskvaya işgüzar səfər edəcək iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Aprelin 17-18-də İran Xarici İşlər Nazirliyinin rəhbəri Moskvada işgüzar səfərdə olacaq: "Onun rusiyalı həmkarı ilə danışıqları baş tutacaq", - o, brifinqdə deyib.
Diplomatın sözlərinə görə, görüş zamanı nazirlər cari beynəlxalq və regional problemləri, o cümlədən İranın nüvə proqramı və Suriyadakı vəziyyəti, həmçinin BMT və digər beynəlxalq platformalarda fəaliyyətlərin əlaqələndirilməsinin gücləndirilməsini müzakirə edəcəklər.
Mövsüm
Aznews.az