Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.
Aznews.az xəbər verir ki, Siyəzən Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti tapılıb.
Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Mərhumun seldə boğulduğu bildirilir.
Fakt araşdırılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Şabrançayda meyiti tapılan daha iki şəxsin də kimliyi məlum olub.
Onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur. Onlar Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batıblar.
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
AzNews.az