Şimali Makedoniyanın Kocani şəhərindəki gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Bu barədə Anadolu Ajansı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
İdarədən verilən məlumata görə, ağır yanıqların müalicəsi üçün Belqraddakı Hərbi Tibb Akademiyasına köçürülən Koçanidən olan 23 yaşlı Stojançe Stefanov dünyasını dəyişib. Xəstəxanaya yerləşdirmə zamanı onun ümumi vəziyyəti qeyri-stabil olub.
Nəşrin bildirib ki, ötən həftə Litvada müalicə alan iki qurban da aldığı xəsarətlərdən dünyasını dəyişib və bununla da ölənlərin ümumi sayı 61-ə çatıb.
Mövsüm
Aznews.az