Almaniyanın Köln şəhərinin Sülze bələdiyyə rayonunda tikinti işləri zamanı İkinci Dünya Müharibəsindən qalma 500 funtluq (təxminən 227 kq) bomba aşkar edilib.
Bu barədə şəhər administrasiyasının saytında məlumat verilib.
"Hava bombası bu gün zərərsizləşdirilməlidir. Bunun üçün təhlükə zonası mühasirəyə alınmalı və təxliyə edilməlidir", - bəyanatda deyilir.
Qeyd olunur ki, təxliyə 7,8 minə yaxın insanı əhatə edəcək.
Bildirilib ki, sursatların zərərsizləşdirilməsi xidmətinin və şəhər rəhbərliyinin əməkdaşları hadisə yerində işləyirlər.
Mövsüm
Aznews.az