Alabamada balıqçılıq turnirində qayıq toqquşub, 3 nəfər ölüb

17 Aprel 2025 21:10 (UTC+04:00)

ABŞ-nin Alabama ştatında balıq ovu yarışı zamanı iki qayığın toqquşması nəticəsində 3 nəfər ölüb.

Bu barədə NBC rəsmi mənbələrə istinadən məlumat yayıb.

Hadisə ştatın göllərindən birində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, faciə qurbanları 44, 58 və 62 yaşlı kişilərdir.

Böyük Liqa Balıqçılıq (MFL) turnirinin təşkilatçısı aprelin 17-nə planlaşdırılan final yarış gününün ləğv edildiyini açıqlayıb.

Mövsüm

Aznews.az