Ticarət müharibələri dünya iqtisadi nizamına təsir edir.
Bunu Çin prezidenti Si Cinpin Pnompendə Kamboca Senatının sədri Hun Senlə görüşündə deyib.
"Ticarət müharibələri çoxtərəfli ticarət sistemini sarsıdır və qlobal iqtisadi nizamı məhv edir. Ölkələr birləşməli və milli təhlükəsizlik və öz inkişaf hüququ məsələlərini öz əllərində möhkəm saxlamalıdırlar" deyə Si Cinpin bildirib.
Bundan əlavə, o qeyd edib ki, ölkələr qarşılıqlı hörmət, qarşılıqlı fayda və ümumi inkişaf prinsiplərinə riayət etməlidirlər. Çin sədri onu da vurğulayıb ki, bəşəriyyətin taleyini birgə qurmaq lazımdır.
Mövsüm
Aznews.az