Taliban hərəkatı (BMT-nin terror fəaliyyətinə görə sanksiyaları altında) Rusiya Federasiyası Ali Məhkəməsinin Rusiyada fəaliyyətinə qoyulan qadağanı dayandırmaq qərarını alqışlayır.
Bu barədə Qətərdəki Taliban siyasi bürosunun rəhbəri, Əfqanıstanın bu ölkədəki səfiri Süheyl Şahin məlumat verib.
"Biz Rusiya Ali Məhkəməsinin bu rasional qərarını alqışlayırıq. İki ölkə arasında əməkdaşlığı genişləndirmək və münasibətləri gücləndirmək son dərəcə zəruri idi", - deyə o, qeyd edib.
O vurğulayıb ki, iki ölkə münasibətlərinə mane olan bütün maneələri aradan qaldırmalı və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində və əməli tədbirlər görülməsində irəliləməlidir.
Mövsüm
Aznews.az