"Məqsədimiz odur ki, dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsatinin artırılması məsələsi öz həllini tapsın".
Bunu vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Sədr deyib ki, son 8 ildə dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsaitin məbləğinin artmaması onları narahat edir: "Bu böyük problemlərdən biridir. Tərəfimizdən aidiyyəti dövlər qurumları ilə aparılan səmərəli danışıqlar nəticəsində artıq bir irəliləyiş var. Zənnimcə, yaxın zamanda dövlət hesabına hüquqi yardıma görə ödənilən vəsait kəskin şəkildə artacaq. Bu isə öz növbəsində insanların hüquqi yardıma çatımlığını daha etibarlı şəkildə təmin edəcək".