Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərinə səfəri başa çatıb.
“Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar, ilk növbədə, Qarabağ Universiteti ilə tanış olublar.
Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları ali təhsil müəssisəsində görülən işlər barədə ətraflı məlumatlandırıblar.
Diplomatlar daha sonra Qarabağ Universiteti İncəsənət fakültəsinin tələbə və müəllimlərinin onlar üçün hazırladığı bədii proqramıı izləyiblər.
Sonda Xankəndi şəhərinin mərkəzini ziyarət edən qonaqlar xatirə fotosu çəkdiriblər.
Diplomatlar bundan sonra Şuşa şəhərinə yola düşəcəklər.