Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

18 Aprel 2025 16:12 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 21 aprel 2025-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında saat 10:00-dan vətəndaş qəbulu keçirəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin binasında 20 aprel 2025-ci il tarixdə saat 11:00-da başlayacaq:

"Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".