Bu il Azərbaycan-Braziliya Hökumətlərarası Birgə İşçi Qrupun ilk iclası keçiriləcək

18 Aprel 2025 15:06 (UTC+04:00)

Bu il Azərbaycan-Braziliya Ticarət və İnvestisiyalar üzrə Hökumətlərarası Birgə İşçi Qrupun ilk iclasının keçirilməsi nəzərdə tutulub.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.

“Bu il İşçi Qrupun ilk iclasını keçirəcəyimizə ümidvarıq. Bu qərara bağlıdır, amma ortaq məqsədimiz bu il görüşməkdir”,- o qeyd edib.

Diplomat həmçinin xatırladıb ki, Azərbaycanla Braziliyanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı mövcuddur:

"Keçən ilin sentyabr ayında imzalanmış anlaşma memorandumumuz var. Bu sənəd çox əhatəlidir. O, iqtisadi əməkdaşlıq və investisiyadan tutmuş kənd təsərrüfatında tədqiqat və təhsilə qədər bir çox sahəni əhatə edir”.