Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb

18 Aprel 2025 14:32 (UTC+04:00)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfəri başlayıb.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar səfər çərçivəsində Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksi ilə tanış olacaqlar.