Əraqçi: İran tezliklə Rusiya ilə hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya edəcək

18 Aprel 2025 16:58 (UTC+04:00)

İran tezliklə Rusiya ilə hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya edəcək. İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

"Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi Dövlət Duması tərəfindən ratifikasiya edilib. Biz bunu alqışlayırıq. O, tezliklə İran parlamenti, Məclisi tərəfindən ratifikasiya olunacaq", - deyə Əraqçi bildirib.

Əraqçi qeyd edib ki, bu saziş Moskva ilə Tehran arasında münasibətlərin uzunmüddətli perspektivini təmin edəcək . İranın xarici işlər naziri həmçinin bildirib ki, o, rusiyalı həmkarı Sergey Lavrovu İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqların gedişi barədə məlumatlandırıb.

Mövsüm

Aznews.az