Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 120,8 % və yaxud 2 milyard 27,9 milyon manat icra olunub.
AzNews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 % və yaxud 663,4 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 25 %-ni təşkil edib.