Azərbaycanda I rübdə sosialyönlü xərclər 4 milyard manata yaxın olub

18 Aprel 2025 17:54 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsinin sosialyönlü xərcləri 3 milyard 755,2 milyon manat təşkil edib.

AzNews.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, faktiki xərclərin 46,3 %-i qədərdir.

Sosialyönlü xərclərə büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər daxildir.