Azərbaycanın dövlət borcu açıqlanıb

18 Aprel 2025 17:32 (UTC+04:00)

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 20,4 %-i qədər olub.

AzNews.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,3 % çoxdur.

Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 18 milyard 1,3 milyon manatı isə daxili (ÜDM-in 13,8 %-i qədər) dövlət borclarıdır. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 11,1 % az və 9,7 % çoxdur.