Politico: Trampın siyasəti NATO rəsmilərinin qanunlarda dili yumşaltmasına səbəb olur

18 Aprel 2025 20:34 (UTC+04:00)

NATO rəsmiləri ABŞ prezidenti Donald Trampdan qisas almamaq üçün yeni qanunvericilikdə dili yumşaldırlar.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Şimali Atlantika Alyansı Trampın ikinci prezidentliyi dövründə “qeyri-müəyyən gələcək”lə üzləşir.

“Alyansın komitəsi və işçi qrupları tərəfindən hazırlanmış yeni NATO qanunvericiliyi iqlim, qadınlar və təhlükəsizliklə bağlı ifadələri ABŞ üçün daha məqbul hesab edilən ifadələrə dəyişdi”, - məqalədə deyilir.

Mövsüm

Aznews.az