Cənubi Koreya Rusiyaya birbaşa uçuşları bərpa etməyə hazır olduğunu açıqlayıb

18 Aprel 2025 21:32 (UTC+04:00)

Cənubi Koreyada Ukrayna münaqişəsi həll olunarsa, aviaşirkətlər Rusiyaya birbaşa uçuşları bərpa etməyə hazırdır.

Bu barədə Koreya Respublikası Milli Assambleyasının müxalif Birləşmiş Demokratik Partiyasından olan deputatı Çunq Yonqi məlumat verib.

“Mən “Korean Air”in nümayəndələrindən belə bir istəyin (Rusiya Federasiyası ilə birbaşa hava əlaqəsini bərpa etmək – red.) olması barədə nə düşündüklərini soruşdum və onlardan eşitdim ki, əgər bu mümkün olsaydı və cari məsələlər həll olunsa, onlar da buna hazırdılar”, o, RİA Novosti-yə bildirib.

Deputat hesab edir ki, Ukraynada münaqişə tezliklə bitməlidir. Bundan əlavə, ABŞ-nin Rusiya ilə münasibətləri nəhayət, tezliklə yaxşılaşa bilər. Onun sözlərinə görə, Cənubi Koreya hakimiyyəti iki ölkə arasında gələcək iqtisadi əməkdaşlıq üçün Rusiya Federasiyası ilə normal diplomatik münasibətləri bərpa etməlidir.

Mövsüm

Aznews.az