ABŞ əsgərləri Hasəkə şəhər mərkəzinin ətrafında yerləşən Hadra və Fırat kəndlərindəki üç kiçik hərbi məntəqəni və Deyr əz-Zor vilayətində Koniko və Ömər qaz yataqlarını boşaldıb və əsas bazalarına çəkiliblər.
Həsəkədə olan əsgərlər və onların texnikası eyni vilayətin Rmeylan rayonundakı bazaya, Deyr əz-Zordakı əsgərlər isə Koniko qaz yatağındakı bazaya geri çəkilib.
İlk dəfə "The New York Times" tərəfindən irəli sürülən iddia yüksək səviyyəli Amerika rəsmilərinə əsaslanıb.
Xəbərə görə, ABŞ-nin Suriyada təxminən 2000 əsgəri var . Prezident Donald Tramp administrasiyası bu rəqəmi 1400-ə endirmək qərarına gəlib.
Təxminən 600 amerikalı əsgərin bölgədən çəkilməyə başladığı bildirilir. Suriyanın şimal-şərqindəki 8 Amerika bazasından 3-nün bağlanacağı iddia edilib.
Mövsüm
Aznews.az