Xaçmaz rayonunda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.
Aznews.az xəbər verir ki, 15 yaşlı Bağırov Elçin Elman oğlunun meyiti şəhər saatlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
E.Bağırov rayonun Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Onun 15 yaşı aprelin 17-də tamam olub.
Faktla bağlı araşdırma aparılır.