Əfqanıstan-Tacikistan sərhədində 5,8 maqnitudalı zəlzələ olub

19 Aprel 2025 11:57 (UTC+04:00)

Əfqanıstan-Tacikistan sərhədində 5,8 maqnitudalı zəlzələ olub.

Aznews.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, zəlzələ aprelin 19-da səhər saatlarında baş verib.

Almaniyanın Geologiya Elmləri Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, 5,8 maqnitudalı yeraltı təkanların ocağı 92 km dərinlikdə qeydə alınıb.