Sumqayıtda 51 yaşlı kişinin meyiti aşkarlanıb

20 Aprel 2025 09:09 (UTC+04:00)

Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.

Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.