Gəncədə 35 yaşlı kişi ayağından bıçaqlanıb

20 Aprel 2025 19:49 (UTC+04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

35 yaşlı E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.