İran XİN başçısı Çinə səfər edəcək

21 Aprel 2025 14:53 (UTC+04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfər edəcək.

Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

"A.Əraqçi sabah Pekinə yollanacaq, biz birbaşa olmayan danışıqları da müzakirə edəcəyik", - o qeyd edib.

XİN nümayəndəsinin sözlərinə görə, A.Əraqçi Pekində İran-ABŞ danışıqlarının gedişini müzakirə edəcək.

Bundan başqa, tərəflər Tehran və Pekinin 2021-ci ildə imzaladığı 25 illik iqtisadi əməkdaşlıq sazişini müzakirə edəcəklər.