Argentina prezidenti Xavyer Miley Roma Papası Fransiskin vəfatı ilə bağlı 7 günlük matəm elan edəcək.
Bu barədə Argentina liderinin mətbuat katibi Manuel Adorni bildirib.
“Ölkə prezidenti Müqəddəs Atanın vəfatı ilə əlaqədar 7 günlük matəm elan edəcək”, o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Bundan əlavə, Romada aprelin 21 və 22-nə planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.
Mövsüm
Aznews.az