Knaysl: Aİ ABŞ-nin iştirakı olmadan Ukraynanı dəstəkləyə bilməz

21 Aprel 2025 18:44 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-nin iştirakı olmadan Ukraynaya hərbi dəstək verə bilmir. Bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl məlumat verib.

"Biz onların bu yükün öhdəsindən gələcəyini gözləmirik, çünki söhbət ABŞ-dən da daxil olmaqla silahların alınmasından gedir. Avropanın ABŞ-nin hərbi sənayesinə ehtiyacı var", - o, bildirib .

O, əlavə edib ki, Avropa ölkələri isteriya içərisindədir və Aİ liderləri daim Rusiya ilə qaçılmaz münaqişəyə hazırlaşmağın zəruriliyindən danışırlar.

Mövsüm

Aznews.az