Avropa İttifaqını (Aİ) yenidən silahlandırmaq planı onun dağılmasına gətirib çıxaracaq. Bu barədə aprelin 21-də “El Pais” nəşrinə müsahibəsində İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte məlumat verib .
“Bu plan nəinki Avropaya fayda verməyəcək, həm də onun parçalanmasına töhfə verəcək”, o bildirib.
Siyasətçinin fikrincə, bu cür təşəbbüs yalnız “təhlükəsizlik illüziyası” yaradacaq, effektiv tədbirlər isə ölkələrlə dialoq və danışıqlar yolu ilə dövlətlər arasında “sülh üfüqünün” qurulmasını tələb edir.
Mövsüm
Aznews.az