Leyen texnologiya nəhənglərini AB qaydalarına əməl etməyə çağırır

21 Aprel 2025 19:47 (UTC+04:00)

Avropa Komissiyasının sədri Ursula fon der Leyen X, Apple, TikTok və Meta kimi böyük texnologiya şirkətlərinin Aİ qaydalarına riayət etməli olduğunu deyib.

O, "Politico" - ya müvafiq bəyanatla çıxış edib .

"Bizim qanunverici yoldaşlarımızın qəbul etdiyi qaydalara əməl edilməlidir. Buna görə də biz TikTok, X, Apple, Meta və bir çox digər şirkətlərə qarşı iddia qaldırmışıq. Biz qaydaları ədalətli, mütənasib və qərəzsiz tətbiq edirik. Bizi şirkətin haradan gəldiyi və kimin idarə etməsi vecinə deyil. Biz insanları müdafiə etməyi düşünürük", - deyə Leyen vurğulayıb.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti J.D.Vens bu cür məhdudiyyətlərə müqavimət göstərmək təşəbbüsünün başlanğıcında dayanmışdı. O, Avropa Rəqəmsal Xidmətlər Aktını (DSA) və Avropada söz azadlığına senzura tətbiq edən və innovasiyaları boğduğu iddia edilən Süni İntellekt Aktını tənqid edib.

Mövsüm

Aznews.az