Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr davam edir...
Mövzu ilə bağlı son açıqlamanı ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq verib.
Fox News-a danışan Kelloq, Ukraynada mümkün sülh və ölkənin NATO prosesi ilə bağlı qiymətləndirmələr edib.
O, ABŞ-nin QLOBAL kontekstdə iştirak etməli olduğu bir çox məsələlərə diqqət çəkib.
Kelloq bildirib ki, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır.
Kelloqq qeyd edib ki, ABŞ-nin qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və uzun müddət davam edən Rusiya-Ukrayna müharibəsindən bir fürsət yarana bilər.
“NATO-nun bir hissəsi ola bilməzsiniz”
Sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyi "ilkin protokol" razılaşmasına vasitəçilik edəcəklərinə işarə edən Kelloq, "NATO-dan söhbət gedə bilməz. Siz bunun bir parçası olmayacaqsınız" deyərək Ukraynaya müraciət edib.
Mövsüm
Aznews.az