Rusiya prezidenti Vladimir Putin cənubi afrikalı həmkarı Siril Ramafosa ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət-iqtisadi və investisiya sahələrində daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib”, - Teleqram kanalında deyilir.
Qeyd olunur ki, Putin Cənubi Afrika prezidentinə Rusiyanın Ukraynada sülh yolu ilə nizamlanmasına və münaqişənin kök səbəblərinin aradan qaldırılmasına dair mövqeyini açıqlayıb. Cənubi Afrika tərəfinin münaqişənin sülh yolu ilə həllinə yardım etməkdə maraqlı olduğunu ifadə edib.
Mövsüm
Aznews.az