Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib və azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb.
O bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.
Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət aparıb.
Simonyan Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb.