Yeni Papa necə seçiləcək?- Seçim ritualları və ukraynalı namizəd

22 Aprel 2025 16:52 (UTC+04:00)

Roma Papası Fransisk vəfat edib. O, 88 yaşında dünyasını dəyişib. 2013-cü ildə Roma Papası seçilən Fransisk son aylarda pnevmaniya xəstəliyindən əziyyət çəkirdi.

Roma Papasının vəfatı, yaxud istefası Vatikan üçün çox önəmli bir prosesin başlangıcı olur: yeni Papa seçkiləri. Bu proses Katolik Kilsəsinin tarixə dayanan dəqiq ritual və qaydalar çərçivəsində reallaşır.

Papanın ölümü, yaxud istefası elan edildikdən sonra Şəxsi Yavər ("Camerlengo") Papanın vəfatını rəsmi şəkildə təsdiqləyir və müvəqqəti şura- "Sede Vacante”/"Vakant taxt"- aktivləşir. Bu müddətdə yeni Papa seçkiləri üçün hazırlıqlara başlanır.

Papa seçimi "Konklav" adlanan xüsusi toplantıda aparılır. Konklavda 80 yaşın altında olan Kardinalların hamısı iştirak edir. Bu toplantılar Şistina Kapellasında möhkəm mühafizə altında keçirilir.

Konklavın maraqlı ritualları var.

Kardinallar "extra omnes" (digərləri kənara) çağırışından sonra toplantı məkanına qapanır.

Ətraf aləmlə bütün rabitə vasitələri məhdudlaşdırılır.

Səsvermə Papanı seçməyin yeganə yoludur.

Hər bir kardinal kağız parçasına seçimlə bağlı rəyini yazıb xüsusi qabda təqdim edir.

Səsvermənən nəticəsi qara tüstü ("seçim olmadı"), yaxud "ağ tüstü", yəni "Papa seçildi" mənasına gələn işarələrlə bildirirlir. Bacadan çıxan tüstünün rəngi ilə dünyaya mesaj verilir.

Seçkinin keçirildiyi Şistina Kapellası Mikalencelo və Raffael kimi böyük rəssamların əsərləri ilə bəzədilib. Tavandakı freskalarda "Adəmın yaradılışı" kimi məşhur səhnələr yer alır. Bu freskalar dini simvolizmlə doludur və yeni Papanın ruhani liderliyini mənəvi olaraq tamamlayır.

Bundan başqa, Papanın cinsini təsdiqləmək üçün "testiculare" adlanan ritual da yerinə yerinə yetirilib. Bu ritual əfsanəvi "Papa Juan" hadisəsindən sonra qəbul edilib. Yeni papanın xayalarının əllənməsi ilə cinsiyyətinin yoxlanması rəsmi şəkildə təsdiq olunmur, lakin qaynaqlarda bu barədə iddialar yetərincə çoxdur.

Yeni Papa kim olacağı da maraq mövzusudur.

Papanın seçim prosesində hər bir Kardinal potensial namizəd sayılır. Düzdür, kardinal olmayanlar da Papa seçilə bilər, amma bu o qədər də real ehtimal deyil.

Hazırda diqqət çəkən bir neçə namizəd var.

Petro Parolin- Vatikanın xarici siyasətinə məsuldur;

Luis Antonio Taqle- Asiyadan olan dini liderdir və multikultural yanaşmaları ilə önə çıxır;

Matteo Zuppi- Avropada dinlərarası dialoqun aparıcı fiqurlarından sayılır.

Amma hazırda xristian dünyası bir sual üzərində daha çox düşünür.

Papa Ukraynalı namizədmi olacaq?

Son illərdə Rusiya-Ukrayna münasibətləri dini gündəmdə də əks olunub. Ukrayna mənşəli kardinal Nikolay Bıçokun Papa olma ehtimalı artıq gündəmdədir. Vatikanın siyasi neytrallıq prinsipinə öncəlik verməsi bu ehtimalı çox da güclü etmir. Lakin dünyanın siyasi konyukturasını nəzərə alanda məsələyə fərqli prizmadan baxmaq da lazım gəlir.

Müşahidəçilər hesab edir ki, Ukraynalı bir kardinalı Papa seçməklə Katolik Kilsəsi tarixi yenilik edə bilər.

Taleh ŞAHSUVARLI