Hindistanda terror aktı nəticəsində 27 nəfər ölüb

22 Aprel 2025 19:36 (UTC+04:00)

Kəşmirin cənubundakı Pahalqam bölgəsindəki Baisaran vadisində bir qrup terrorçu dinc sakinlərə və turistlərə hücum edərək 27 nəfəri öldürüb.

Bu barədə "News18 India" telekanalı məlumat yayıb .

Məqalədə deyilir: “Ləşkər-e-Taibə ilə əlaqəsi olan bir qrup terrorçu Kəşmirin cənubundakı Pahalqam bölgəsindəki Baysaran vadisində bir qrup turistə hücum edərək 27 nəfəri öldürüb, çoxlu sayda insanı yaralayıb”.

Ölənlər arasında əcnəbilər, qadınlar və qocaların olduğu dəqiqləşdirilir. Yaralı turistlərdən biri hərbi geyimli iki terrorçunun mülki şəxslərə atəş açdığını paylaşıb.

Mövsüm

Aznews.az