Böyük Britaniya Ukraynaya dronların tədarükü üçün 40,1 milyon dollarlıq müqavilə imzalayıb

22 Aprel 2025 19:52 (UTC+04:00)

Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün 40,1 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib .

“Baş nazir Keir Starmer, həmçinin Ukraynanı dəstəkləmək üçün Hempşirdə yerləşən Yeni Zelandiya pilotsuz uçan aparat istehsalçısı SYOS Aerospace-dən dronların tədarükü üçün 30 milyon funt sterlinq (40,1 milyon dollar - red.) dəyərində Britaniya müqavilələrini elan edəcək”, - nəşr yazır.

Yeni Zelandiya ilə əməkdaşlıq çərçivəsində müvafiq sənədlərin bağlandığı bildirilir.

Mövsüm

Aznews.az