Orban Macarıstanda keçirilən referendumda Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə səs verib

22 Aprel 2025 21:42 (UTC+04:00)

Macarıstanın baş naziri Viktor Orban ümumxalq səsverməsində Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasının əleyhinə səs verib.

Bu barədə o, özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Brüssel müxalif “Tisa” partiyası ilə birlikdə Ukraynanın Aİ-yə qəbul olunmasının tərəfdarıdır.

"Bu, Macarıstan iqtisadiyyatını məhv edəcək. Qoymayaq ki, bizim gələcəyimizə qərar versinlər! Mən artıq səs vermişəm", - Orban əlavə edib.

Mövsüm

Aznews.az