Fransa prezidenti Emmanuel Makron parlamentin buraxılması və erkən seçkilərin 2025 və ya 2026-cı ilin payızında keçirilməsi imkanlarını araşdırır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Media qeyd edir ki, Fransa lideri bu qərarı bir neçə həftədir yaxın adamları ilə müzakirə edir. Lakin bu söhbətlər hələlik yalnız məsləhət xarakteri daşıyır; yekun qərar verilməyib.
Əgər növbədənkənar seçkilər baş tutsa, bu prosedur Fransada nəinki nisbi sabitliyi poza bilər, həm də sağçı Milli Ralli partiyasının parlament fraksiyasının mövqeyini gücləndirə bilər. Bundan sonra çox güman ki, onun deputatları hökumətə nəzarəti ələ keçirəcəklər.
Mövsüm
Aznews.az