ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff bu həftə Rusiyaya səfər edəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.
"Bu həftənin sonunda Vitkoff [Rusiya Prezidenti] Vladimir Putinlə danışıqları davam etdirmək üçün Rusiyaya qayıdacaq ",- deyə o, qeyd edib.
Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi və Trampın özü hesab edir ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar düzgün istiqamətdə gedir.
Mövsüm
Aznews.az