Kosta Rikada San Xose şəhərinin şimalında Poas vulkanının püskürməsi nəticəsində kül dəniz səviyyəsindən 4 km yüksəkliyə qalxıb.
Bu barədə Kosta Rikanın Vulkanoloji və Seysmoloji Rəsədxanasına (Ovsikori) istinadən "El Comercio" qəzeti məlumat verib.
“Poas vulkanının güclü püskürməsi 21 aprel 2025-ci il bazar ertəsi günortadan sonra baş verib. Kül kraterdən 4 km yüksəkliyə çatıb ki, bu da 2017-ci ildən bəri müşahidə olunmayan əhəmiyyətli yüksəklikdir”.
Qəzetin yazdığına görə, püskürmə tam olaraq fəaliyyət göstərən Xuan Santamariya Beynəlxalq Hava Limanına da təsir etməyib.
Mövsüm
Aznews.az