Məhkəmə sabiq direktorun iddialarını təmin etməyib

23 Aprel 2025 11:31 (UTC+04:00)

Əmək müqaviləsinə xitam verilmiş Xətai rayonu 25 nömrəli məktəbin sabiq direktoru Şərifova Fəridə Siyavuş qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib.

İddia tələbi Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməyib.

Daha sonra sabiq direktor apellyasiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanıb.

Qeyd edək ki, iddialara görə, Fəridə Şərifova fəaliyyəti dövründə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verib və vəzifə səlahiyyətlərindən sui-istifadə edib.