ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Krımla bağlı açıqlamalarından sonra Ukrayna böhranının nizamlanmasının növbəti mərhələsi çərçivəsində Londona səfərini ləğv edib.
Bu barədə "New York Times" qəzeti məlumat yayıb .
Nəşrin yazdığına görə, aprelin 23-də günortadan sonra gözlənilən görüşündə Vaşinqton münaqişəni mümkün qədər tez bitirmək üçün Krımı Rusiya ərazisi kimi tanımaq barədə Kiyevə təklif etməyi planlaşdırıb. Güman edilirdi ki, bu qərarın qəbulu Ukrayna infrastrukturunda atəşkəsə təminat verəcək.
Bu diplomatik addım Zelenskinin xoşuna getməyib. Zelenski mətbuata açıqlamasında sülh danışıqları ərəfəsində belə görüşlər istəmədiyini bildirib.
Mövsüm
Aznews.az