Əfv komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 700-ü keçib

23 Aprel 2025 18:00 (UTC+04:00)

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün altıncı iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda 100-dən çox müraciətə baxılıb.

Bununla da komissiya tərəfindən baxılan müraciətlərin sayı 700-ü keçib.

Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.