Axios: Vitkoff 25 aprel Putinlə görüşə bilər

23 Aprel 2025 21:47 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffla Rusiya prezidenti Vladimir Putin arasında görüş aprelin 25-də baş tuta bilər.

Bu barədə “Axios” öz mənbəsinə istinadən məlumat yayıb.

“Cümə günü Vitkoffun Rusiya prezidenti Putinlə görüşü gözlənilir”, - deyə nəşr yazıb.

"Flightradar" - ın məlumatına görə , göyərtəsində Amerika liderinin xüsusi nümayəndəsinin olduğu Gulfstream G650 təyyarəsi artıq Paris hava limanından Rusiyaya doğru yola düşüb.

Mövsüm

Aznews.az